Comex birjasında qızıl fyuçerslərinin qiyməti növbəti dəfə tarixi maksimuma yüksəlib.
Manset.az Trend-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 21:09-a olan məlumata görə, qiymətli metalın qiyməti 1 troya unsiyası üçün 3775,5 dollar (+1,51%) təşkil edib. Saat 20:19-da isə qızılın qiyməti artımını ləngidərək 3774,7 dollar (+1,49%) səviyyəsində ticarət olunub.
Sentyabrın 22-də səhər saatlarında Comex birjasında qızılın qiyməti troya unsiyası üçün 3750 dollardan yuxarı qalxaraq tarixi maksimuma çatmışdı.