Azərbaycanda yeni turizm bələdçiləri hazırlanacaq.
Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Dövlət Turizm Agentliyi bu istiqamətdə həyata keçirdiyi hazırlıqları yekunlaşdırıb.
Məlumata görə, qərara əsasən, Qarabağ regionu üzrə yeni turizm bələdçilərinin hazırlanmasına, sertifikatlaşdırılmasına və Qarabağ bölgəsi üzrə onlayn turizm bələdçisi şərh kitablarının tərtib edilməsinə başlanılıb.
Eləcə də bu istiqamətdə həyata keçirilən işlər çərçivəsində Bakı- Abşeron regionunda və ümumilikdə turizm bələdçiliyinin keyfiyyətinin yüksəldilməsi məqsədilə çindilli bələdçilərin hazırlanması və sertifikatlaşdırılması da nəzərdə tutulub.
Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası İctimai Birliyi ilə birlikdə başladığı bu layihənin maliyyə dəyəri 118 000 manat müəyyənləşib.