Avropa birjaları Fransadakı siyasi gərginliklər və geopolitik risklər səbəbindən aşağı istiqamətdədir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Stoxx Europe 600 indeksi 0,4%, Almaniyanın DAX 40 indeksi 0,3%, Böyük Britaniyanın FTSE 100 indeksi 0,2% dəyər itirib. İtaliya, İspaniya və Fransa birjalarında da azalmalar müşahidə olunur; xüsusilə Fransa CAC 40 indeksi 1,7% enib.
Regionda Rusiya-Ukrayna münaqişəsi və Rusiyanın hava sahası pozuntuları gərginliyi artırır. Fransa siyasətində isə Baş nazir Sebastien Lecornun istefası bazarlarda mənfi təsir göstərib.
Analitiklər siyasi qeyri-müəyyənliyin və büdcə narahatlıqlarının risk iştahını zəiflətdiyini bildirir.