Gümüşün qiyməti tarixi maksimumu yenilədi

01:30 - 14 Oktyabr 2025

Gümüşün qiyməti tarixi maksimumu yenilədi

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) gümüşün 2025-ci ilin dekabr ayı üçün füçerslərinin qiyməti tarixi maksimumu yeniləyərək bir Trua unsiyası üçün 50 dolları ötüb.


Manset.az xəbər verir ki, ticarət platformasının məlumatında belə deyilir.

Bakı vaxtı ilə saat 16:33-ə olan məlumata görə, qiymətli metalın qiyməti 5.97% artaraq bir Trua unsiyası üçün 50.07 dollar təşkil edib. Bakı vaxtı ilə saat 16:48-də gümüşün qiymətində artım yavaşıyaraq, bir unsiya üçün 49.825 dollara (+5.46%) qədər düşüb.

Eyni zamanda, "Comex" birjasında qızılın 2025-ci ilin dekabr ayı üçün füçerslərinin qiyməti 4 097.2 dollar (+2.42%) səviyyəsində olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az