Qızılın qiymətində TARİXİ REKORD

09:21 - 14 Oktyabr 2025

Qızılın qiymətində TARİXİ REKORD

Qızılın qiyməti dünya maliyyə bazarlarında yeni rekorda imza ataraq bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib.


Manset.az xəbər verir ki, Nyu-Yorkun “Comex” əmtəə birjasında ticarət olunan qızıl fyuçerslərinin dəyəri bir unsiya üçün 4 150 dolları ötüb.

Bu göstərici qızılın tarixində qeydə alınan ən yüksək qiymətdir.

Bakı vaxtı ilə saat 03:59-a olan məlumata əsasən, qiymətli metal bir unsiya üçün 4 146,5 dollardan (+1,88%) satılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az