Qarabağın bərpasına nə qədər vəsait xərclənib?

13:55 - 14 Oktyabr 2025

Qarabağın bərpasına nə qədər vəsait xərclənib?

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əksini tapan "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioriteti üzrə azad edilmiş ərazilərin bərpasına bugünədək xərclənən vəsait 21,5 milyard manat vəsait həcmindədir.

Manset.az Trend-ə istinadla xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı 30-cu Yubiley Xəzər İnşaat Həftəsində bildirib.

Onun sözlərinə görə, Böyük Qayıdış çərçivəsində 2026-cı ilin sonunadək bu rəqəm təqribən 30 milyard manata qədər yaxınlaşacaq: "2027-2030-cu illər üzrə resurs sərfi nəzərdən keçirilir. Amma hesab edirəm ki, 2027-2030-cu illər üzrə 14-15 milyard manat vəsait sərfi nəzərdə tutulacaq"


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az