Peşə təhsili müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsinə başlanılır.
Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) bununla bağlı hazırlıqlar işlərini başa çatdırıb.
Agentlik qiymətləndirilmə ilə bağlı ümumilikdə 6 müəllimlə müqavilə bağlayıb.
Müqavilələrə əsasən, peşə təhsili müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsi işlərinə cəlb olunmuş həmin müəllimlərə 750-900 manat məbləğində pul veriləcək.
Xatırladaq ki, TKTA ali təhsil müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsi işlərinə cəlb olunmuş 36 müəllimə isə 1175-1300 manat məbləğində vəsait ödəyəcək.