Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabrın 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənişinin yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə Manset.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, sosial ödənişlər hər ay qabaqcadan tərtib edilmiş qrafik əsasında aparılır.