Manset.az Valyuta.az-a istinadən xəbər verir ki, şirkətin rəsmi açıqlamasında “Lukoil beynəlxalq aktivlərini satmaq niyyətindədir. Potensial alıcıların təkliflərinin qiymətləndirilməsi prosesi artıq başlayıb” ifadələrinə yer verilib.
Belə ki, ABŞ prezidenti Donald Tramp tərəfindən həyata keçirilən son sanksiyalar paketi çərçivəsində “Rosneft” və “Lukoil” kimi iki böyük Rusiya enerji şirkəti əsas hədəflər arasında olub. Bu qərar hər iki şirkətin və onların iştirakçı qurumlarının ABŞ-ın sanksiya siyahısına əlavə edilməsi ilə nəticələnib. Addım, xüsusilə “Lukoil”in Rusiya xaricindəki əməliyyatlarını çətin vəziyyətə salıb və şirkət yaranmış vəziyyət fonunda xaricdəki bütün aktivlərini satışa çıxarmaq qərarını rəsmən təsdiqləyib.
Türkiyə mediasına görə, “Lukoil” 2008-ci ildə 500 milyon dollardan artıq vəsaitlə Türkiyənin “Akpet” şirkətini satın alaraq bu ölkə bazarına daxil olub. Hazırda şirkətin Türkiyə üzrə 600-dən çox yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.