Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.
Məlumata görə, QSC-yə qarşı maliyyə sanksiyaları Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə tətbiq edilib.
Belə ki, 2017-ci il üzrə 1 hal üzrə ümumilikdə 40 manat, 2018-ci il üzrə 2 hal üzrə ümumilikdə 80 manat, 2022-cu il üzrə 1 hal üzrə ümumilikdə 2000 manat, 2023-ci il üzrə 2 hal üzrə ümumilikdə 2040 manat, 2024-cü il üzrə 1 hal üzrə ümumilikdə 6000 manat maliyyə sanksiyası tətbiq edilib.
Əvvəlki illərdən nəticə çıxaran QSC-yə qarşı hələ ki heç bir maliyyə sanksiyası tətbiq edilməyib.
Xatırladaq ki, “AzerGold” QSC 2015-ci ildə təsis edilib, 5 iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb. QSC-nin İdarə Heyətinin sədri və qanuni təmsilçisi Zakir İbrahimovdur. Nizamnamə kapitalı isə 278,3 milyon manat təşkil edir.