Pensiyaya daha tez çıxmaq istəyən qadınlara SEVİNDİRİCİ XƏBƏR

16:11 - 20 Noyabr 2025

Pensiyaya daha tez çıxmaq istəyən qadınlara SEVİNDİRİCİ XƏBƏR

Üç və daha çox uşağı olan analara erkən, güzəştli şərtlərlə pensiya çıxmaq hüququnun verilməsi təklif olunub.


Manset.az APA-ya istinadən xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli çıxış edib.

Deputat deyib ki, erkən pensiyaya çıxma məsələsi çox aktualdır: "Bu kontekstdə 5 və daha çox uşağı olan analar bu hüquqdan istifadə edə bilir. Təklif edirəm ki, bu, üç və daha çox uşağa olan analara şamil edilsin. Bu, sosial nöqteyi-nəzərdən çox ədalətli olar".

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanuna əsasən, hazırda 5 və daha çox uşağı olan şəxslərin güzəştli şərtlərlə (pensiya yaş həddi 5 il azaldılmaqla) pensiyaya çıxmaq hüququ var.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az