Azərbaycanda 31 dekabr-4 yanvar tarixlərinə təsadüf edən qeyri-iş günlərində ölkədəki 22 bankdan bir neçəsi fəaliyyət göstərməyəcək.
Manset.az Valyuta.az-a istinadən xəbər verir ki, həmin banklar "Azər-Türk Bank”, "Bank of Baku”, "Bank VTB Azərbaycan”, "Expressbank”, "Rabitəbank”, "Bank BTB”, "Premium Bank", "Bank Avrasiya", İran Milli Bankının Bakı filialıdır.
Qalan bankların 166 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), "Azərpoçt"un 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi məntəqəsi və onların əlavə obyekti (o cümlədən, 2-si 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.