Dünya bazarlarında neftin QİYMƏTİ

10:38 - 03 Yanvar 2026

Dünya bazarlarında neftin QİYMƏTİ

Dünya əmtəə bazarlarında neft qiymətləri cüzi azalıb.


Manset.az xəbər verir ki, dünya neft bazarında qiymətlər üzrə zəif eniş müşahidə olunub. Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı xam neftin fevral fyuçerslərinin qiyməti 0,17% azalaraq 57,32 ABŞ dolları/barel səviyyəsində formalaşıb.
Londonun ICE birjasında Brent markalı xam neftin mart fyuçersləri isə 0,16% ucuzlaşaraq 60,75 ABŞ dolları/barel olub.

    Qeyd edək ki, neft bazarında müşahidə olunan bu dinamika qlobal iqtisadi artımla bağlı ehtiyatlı gözləntilər, ABŞ-da kommersiya neft ehtiyatlarının yüksək səviyyədə qalacağına dair proqnozlar, eləcə də əsas istehsalçı ölkələrdən tədarükün yaxın dövrdə məhdudlaşdırılacağına dair yeni siqnalların olmaması fonunda formalaşıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az