Mənzil qiymətləri yenidən bahalaşacaq? - VİDEO

09:30 - 05 Yanvar 2026

Mənzil qiymətləri yenidən bahalaşacaq? - VİDEO

İllərdir Bakıda daşınmaz əmlak bazarında davamlı qiymət artımları müşahidə olunurdu. Bəzi dövrlərdə bu artım illik 10, hətta 20 faizə qədər yüksəlirdi. Lakin ekspertlərin fikrincə, ötən ilin, yəni 2025-ci ilin ikinci yarısından etibarən bazar yeni mərhələyə keçib və durğunluq açıq şəkildə hiss olunur. Başqa sözlə, uzun illərdən sonra əmlak bazarında artım tendensiyasının dəyişməsi müşahidə edilməkdədir.


Manset.az Xezerxeber.az-a istinadən xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, hazırkı bazar real alqı-satqıdan daha çox ipoteka və tikinti şirkətlərinin daxili kredit mexanizmləri hesabına aktiv qalır.

Ekspertin sözlərinə görə, eyni zamanda, paytaxtda aparılan söküntü işləri də tələbatın istiqamətini dəyişib. Artıq tələbat mərkəzdə deyil, kənar ərazilərdə hiss edilir.
Ekspertlər bildirirlər ki, paytaxtın mərkəzində yeni tikililərin sayının azalması bazarda rəqabəti zəiflədib. Bu da uzun illər qiymətlərin süni şəkildə yüksək qalmasına səbəb olub. Lakin alıcı marağının azalması bu modelin uzunmüddətli olmadığını göstərir. Mütəxəssislərin fikrincə, son nəticədə 2026-cı ildə əmlak bazarında kəskin bahalaşma gözlənilmir.

Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az