Azərbaycanda ən çox əməkhaqqı verilən sahələr açıqlanıb.
Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, ötən ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 1089,2 manat təşkil edib.
Əməkhaqqı neft-qaz sektorunda 3869 manat, qeyri neft-qaz sektorunda 1037,9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1066,2 manat, özəl müəssisələrdə isə 1111,7 manat olub.
Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində qeyri-dövlət sektorunda qeydə alınıb - ayda 4 277,7 manat, ən aşağı əməkhaqqı isə qeyri-dövlət sektorunda sosial təminat sahəsində qeydə alınıb - ayda 630,9 manat.