Azərbaycan bankları ötən 2025-ci ildə dövlət büdcəsinə
ümumilikdə 316.78 mln. manat məbləğində mənfəət vergisi ödəyib. Bu rəqəm
2024-cü ildə ödənilən 196.6 mln manatdan 120.2 mln. manat və ya 61% çoxdur.
2025-ci ildə dövlət büdcəsinə ən çox vergi verən bankların
siyahısına liderliyi ölkənin birinci bankı Kapital Bank edir. Bank il ərzində
86.18 mln. manat vergi ödəyərək sektor üzrə liderliyini qoruyub saxlayır.
İkinci pillədə isə 82.22 mln. manat ilə ABB qərarlaşır. Onu
52.79 mln. manat ödənişlə “PAŞA Bank” izləyir. Dördüncü yerdə 16.15 mln. manat
ilə “Bank Respublika”, beşinci yerdə isə 13.78 mln. manat məbləğində mənfəət
vergisi ödəyən “Xalq Bank” yer alır.
Qeyd edək ki, mənfəət vergisi bankların maliyyə ili üzrə
əldə etdiyi xalis mənfəətdən dövlət büdcəsinə ödədiyi vergidir. Azərbaycanda
banklar üçün mənfəət vergisinin dərəcəsi 20 faiz təşkil edir.