Azərbaycana 22 min küveytli turist gəlib

21:02 - 22 Fevral 2023

Azərbaycana 22 min küveytli turist gəlib

“Küveytdən Azərbaycana turist axını sürətlə artıb. Belə ki, ötən il ərzində Azərbaycana gələn küveytli turistlərin sayı artaraq 22 min nəfərə yaxın olub”.

 

Manset.az xəbər verir ki, bu barədə Küveyt Dövlətinin Azərbaycandakı səfiri Abdullah Muhammad Almoved deyib.

Onun sözlərinə görə, bu artımda iki ölkə arasında müntəzəm birbaşa aviareyslərin həyata keçirilməsinin böyük rolu var.

Diplomat qeyd edib ki, turizmlə yanaşı digər sahələrdə də əməkdaşlığın inkişafı davam edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az