Bakının Nəsimi rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az-ın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin Vilayət Gülbala oğlu Balayev xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş beynin əziyi diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.