Avtomobillərdən oğurluq edənlər saxlanıldı

13:05 - 05 Oktyabr 2024

Avtomobillərdən oğurluq edənlər saxlanıldı

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Lökbatan qəsəbəsi ərazisində “Ford” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən 51 yaşlı R.Səfərov, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində “Mercedes” markalı avtomobildən planşet oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı V.Pənahov saxlanılıblar.

 

Manset.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Faktlarla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az