Sumqayıtda 65 yaşlı kimsəsiz qadın qətlə yetirildi – VİDEO

21:05 - 10 Noyabr 2021

Sumqayıtda 65 yaşlı kimsəsiz qadın qətlə yetirildi – VİDEO

Sumqayıtda yaşlı qadın evində qətlə yetirilib. Hadisə şəhərin 13-cü mikrorayon, bina 6, ev 60 ünvanında qeydə alınıb.

Manşet.az xəbər verir ki, təxminən 65 yaşında olan və tənha yaşayan Züleyxa adlı qadının yaşadığı mənzildə meyiti aşkarlanıb. 

Araşdırma zamanı qadının bıçaq xəsarətləri aldığı məlum olub. Meyit aidiyyəti üzrə təhvil verilib. 

Hadisənin kim tərəfindən törədildiyi hələ ki məlum deyil.

Daha ətraflı Baku TV-nin süjetində:


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az