Azərbaycanda qardaş qardaşı öldürdü

10:59 - 25 Noyabr 2024

Azərbaycanda qardaş qardaşı öldürdü

Ağdaşda qardaş qardaşını qətlə yetirib.

 

Manset.az xəbər verir ki, hadisə rayonun Aralbir kəndində qeydə alınıb.

Noyabrın 23-ü saat 10 radələrində kənd sakini 1977-ci il təvəllüdlü Qalib Soltanəli oğlu Musayev yaşadığı evdə aralarında yaranmış münaqişə zəminində qardaşı 1975-ci il təvəllüdlü Mirmehdini bıçaqlayıb.

Ağır xəsarət alan M.Musayev vəfat edib. Q.Musayev saxlanılıb.

Hadisənin mülk davası üstündə baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az