Bakıda market və köşkdən oğurluq edildi

12:31 - 03 Yanvar 2022

Bakıda market və köşkdən oğurluq edildi

Bakıda market və köşkdən oğurluq edilib.

Bu barədə Manset.az-a  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birindən 800 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Bağırov müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki digər bir köşkdən 3 000 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən edilib.

Araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az