Toyda olan qonşusunun evindən oğurluq edən şəxs saxlanıldı

14:09 - 24 Yanvar 2022

Toyda olan qonşusunun evindən oğurluq edən şəxs saxlanıldı

Toyda olan qonşusunun evindən oğurluq edən Lənkəran sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Manset.az-a verilən məlumata görə, Lənkəran rayonunun Osaküçə kənd sakini olan bir şəxs polisə müraciət edərək toy məclisində olduqları vaxt naməlum şəxsin yaşadıqları evdən 1 ədəd mobil telefon və 100 manat pul oğurladığını bildirib.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq faktını törətməkdə şübhəli bilinən Osaküçə kənd sakini Zamin Nağıyev saxlanılıb. Oğurladığı mobil telefon gizlətdiyi yerdən aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az