Gəncədə bıçaqlanma olub.
Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən Əziz Əliyev parkında baş verib.
Şəhər sakini, 2005-ci il təvəllüdlü A.A. hələlik şəxsiyyəti bəlli olmayan şəxs tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
 
                                 
                                 
                                 
                                 
             
                 
                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            