Fransalı məşhur müğənni Jorji Dann vəfat edib.
Manşet.az xəbər verir ki, bu barədə "El País" qəzeti məlumat yayıb.
Bildirilib ki, 70-80-ci illərə populyarlıq qazanan müğənni 82 yaşında Madrid şəhərindəki xəstəxanaların birində dünyasını dəyişib. Xroniki xəstəliklərdən əziyyət çəkən sənətçi bir müddət əvvəl belindən əməliyyat olunmuşdu.
Qeyd edək ki, mərhum müğənni İspaniyaya köçmüşdü.