"Ərlə arvadın hərdən ayrılması lazımdır"

15:03 - 13 Noyabr 2021

\"Ərlə arvadın hərdən ayrılması lazımdır\"

"İşdən çıxan kimi fürsət axtarıram ki, evə qaçım. Çünki həm yorğun, həm gərgin oluram. Bəylər oturur, ancaq telefona baxır. Gedib ailənlə otur. İstənilən vəziyyətdə məclisdə oturanda da bir-birinizlə danışmırsınız. Belə-belə insanlar bir-birindən soyuyur".
Manşet.az
xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "Zaurla Günaydın" proqramında deyib. O, ailə üzvlərinin bir-biri ilə vaxt keçirməsindən danışıb. Zaur bildirib ki, həyat yoldaşları hərdən ayrılmalıdır:

"Hərdən məsafə saxlamaq, uzaqlaşmaq lazımdır. Bir günlük, bir neçə saatlıq da olmalıdır. İnsan bir-biri üçün darıxmalıdır. Hər gün yanında olsa, ürəyini vurar. Arada bir uzaqlaşmaq lazımdır. Ər və arvad ayrılıqda öz çevrəsi ilə görüşməlidir".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az