Azərbaycan "Avroviziya"da nə vaxt çıxış edəcək? - SİYAHI

09:35 - 28 Mart 2025

Azərbaycan \"Avroviziya\"da nə vaxt çıxış edəcək? - SİYAHI

Azərbaycan “Avroviziya 2025”in birinci yarımfinalında 10 nömrə ilə çıxış edəcək.

 

Manset.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytı məlumat yayıb.

Eyni yarımfinalda Azərbaycanla yanaşı daha 15 ölkə - İslandiya, Polşa, Ukrayna, Albaniya, Norveç və digərləri çıxış edəcək.

Xatırladaq ki, “Avroviziya 2025” mayın 13-də (birinci yarımfinal), 15-də (ikinci yarımfinal) və 17-də (final) İsveçrənin Bazel şəhərində keçiriləcək.

Azərbaycan müsabiqədə "Run with U" mahnısı ilə təmsil olunacaq. Mahnının müəllifləri Həsən Heydər, Roman Zilianev və Asəf Mişiyevdir, ifaçı isə Mamagama qrupudur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv