Müğənni Hadisə ilə sevgilisi, iş adamı Mehmet Dinçer qəzaya düşüb.
Manşet.az türk mediasına istinadən xəbər verir ki, hadisə İzmirdə qeydə alınıb. Cütlük avtomobil hərəkətdə olarkən ön təkərin partlaması nəticəsində ölümdən dönüb. Olay zamanı Hadisənin huşunu itirdiyi bildirilib.
Hazırda vəziyyətləri yaxşı olan cütlük başqa nəqliyyat vasitəsi ilə İstanbula geri dönüb.