Adil Kərimli vətəndaşların müraciətlərini dinlədi - FOTOLAR

17:58 - 30 May 2025

Adil Kərimli vətəndaşların müraciətlərini dinlədi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaş qəbulları keçirilir, sakinlərin müraciət və təklifləri dinlənilir.


Manset.az xəbər verir ki, Mədəniyyət naziri Adil Kərimli mayın 30-da Siyəzən şəhərində vətəndaşları qəbul edib.

Qəbuldan öncə Adil Kərimli və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Ümummilli lider Heydər Əliyevin Siyəzən şəhərindəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi və Siyəzən rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar.

Vətəndaşların müraciətləri, əsasən, iş yerinin dəyişdirilməsi, əməyin qiymətləndirilməsi, məşğulluq, müəssisələrin maddi-texniki təchizatının yaxşılaşdırılması, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşlar tərəfindən qaldırılan bütün məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Qəbulda şəhid ailələri və qazilərin də qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv