"Şəklimi görüb infarkt keçirirlər" - Rühəngiz

20:45 - 09 Dekabr 2021

\"Şəklimi görüb infarkt keçirirlər\" - Rühəngiz

"Şəklimizi görən kimi infarkt keçirənlər var. Deyirlər, bu niyə ölmür, niyə yaşayır? Bunu yazdıranlar da var".

Manşet.az axşam.az-a istinadən xəbər verir ki,  bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Tam vaxtıdır" proqramında deyib. Müğənni sosial şəbəkədə yazılan tənqidlərdən danışıb və gileylənib.

Həmkarı Yusif Mustafayevin "Cavab ver ki, əzizlərin ölsün" sözünə ifaçı etiraz edib:

"Günahdır, əzizləri valideynləridir. Necə deyim? Sərhəddi saxlamışam, amma çox keçsələr pozmalıyam. Mənim də öz siyasətim var, o yolla bilirəm nə edəcəm. Heç kimin dədə, nənəsinin çörəyini yemirəm. 8 yaşımdan zəhmət çəkirəm. Deyəcəklər, o yaşda işləmək olar? Ailədə bəzi işlər olub etmişəm. Öz zəhmətimlə bu yerə gəlmişəm, haram yemirəm. Bu sözlər mənə aid ola bilməz. Paxıllıqdan deyirlər".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az