Castin Timberleyk Bakıdadır

15:00 - 25 İyul 2025

Castin Timberleyk Bakıdadır

Dünya şöhrətli pop ulduzu Castin Timberleyk artıq Bakıdadır.


Manset.az Olay.az-a istinadən xəbər verir ki, o, paytaxta ötən gün gəlib.

Sənətçi 27 iyulda Bakı Olimpiya Stadionunda konsert proqramı ilə çıxış edəcək. Bu tədbir onun “The Forget Tomorrow World Tour” dünya turuna daxildir və Azərbaycanda ilk solo konserti olacaq.

Konsertdə ifaçının yeni “Everything I Thought It Was” albomundan mahnılar səslənəcək. Bakıdakı çıxış üçün yüksək texnologiyalı səhnə və xüsusi vizual effektlər nəzərdə tutulub.

Konsertə görə ölkəmizə 25 minə yaxın turist gələcək. Onların bir qismi artıq hotellərinə yerləşib. 20 mindən çox yerli əhali də tədbiri izləyənlər arasında olacaq. Ümumilikdə konsertdə 50 minə yaxın insan iştirak edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az