Operatorun güllələndiyi filmin taleyi ilə bağlı müraciət - FOTO

08:15 - 12 Dekabr 2021

Operatorun güllələndiyi filmin taleyi ilə bağlı müraciət - FOTO

Məşhur aktyor Alek Bolduin tərəfindən təsadüfən operator Qalina Hatçinsin güllələndiyi "Pas" ("Rust") filminin yaradıcı komandası çəkilişləri davam etdirməyə çağıran məktub imzalayıb.

 

Manşet.az oxu.az-a istinadən xəbər verir ki, mesajın mətni Bolduinin "Instagram" səhifəsində yerləşdirilib.

"Pas" filminin çəkilişi zamanı iş qrafikimiz və maaşımız ədalətli və gözləntilərə uyğun idi", - deyə məktubda bildirilir.

Məktubda daha vacib şeylərə diqqət yetirmək xahişi var.

"Pas" filminin çəkilişini nizamsız, təhlükəli və istismar xarakterli iş kimi qələmə vermək səhvdir. Bu diqqəti ən vacib olandan - Qalina Hatçinsin xatirəsindən və kino sənayesində köhnəlmiş təhlükəsizlik texnologiyası, həmçinin odlu silahlarla işləmək texnologiyasının müasirləşdirilməsi zərurətindən yayındırır", - deyə çəkiliş qrupunun üzvləri yazıb.

Bundan əvvəl filmin rejissor assistenti Memi Mitçell və baş işıqçı Serj Svetnoy Bolduini, filmin prodüserlərini və silahla işləyən texnikə qarşı məhkəmə iddiası qaldırmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az