Müğənni Mustafa Sandal özünə yenidən toy etməyə hazırlaşır.
Manset.az xəbər verir ki, özündən 19 yaş kiçik Melis Sütşurupla sevgili olan ifaçının yayda nikah masasına əyləşəcəyi bildirilib.
Qeyd edək ki, M.Sandal keçmiş həyat yoldaşı müğənni Emine Yahoviçlə qalmaqallı şəkildə boşandıqdan sonra Melislə eşq yaşamağa başlayıb. Üç ildir birlikdə olan cütlük övladlarının razılığı ilə münasibətlərini rəsmiləşdirmək qərarı alıb.