Qəzada sevgilisi ölən Gülçin paylaşımını silməli oldu - FOTO

20:40 - 15 Dekabr 2021

Qəzada sevgilisi ölən Gülçin paylaşımını silməli oldu - FOTO

Ötən gün sevgilisi, iş adamı Erdal Şeyda Lafçını avtmobil qəzasında itirən müğənni Gülçin Ergül tənqidlərə tuş gəlib.

Manşet.az xəbər verir ki, buna səbəb ifaçının hadisənin ardından instaqram hesabında sevgilisi ilə bağlı paylaşım etməsi olub. O, "Sən mənim mələyimsən" şərhini yazdığı Erdalın şəklini daha sonra silməli olub.

Onun hələ xəstəxanada ölərkən yeni itirdiyi sevgilisi ilə bağlı atdığı bu addım izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Gülçinin ünvanına "İtkini necə belə tez qəbullanıb paylaşım etdin", "Sevdiyi insanı itirənlər adətən böhran yaşayır və reallığı inkar edir. İndi isə sosial mediada paylaşım edə biləcək qədər yaxşı hiss edirlər" kimi şərhlər gəlib.

Qeyd edək ki, qəza cütlüyün olduğu avtomobilin yük maşını ilə toqquşması zamanı baş verib. Hadisə nəticəsində sükanı idarə edən Erdal hadisə yerində həyatını itirib.
Qəzada sevgilisi ölən Gülçin paylaşımını silməli oldu - Foto


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az