Xankəndidə Şəhər Günü qeyd olunur - FOTO

13:11 - 20 Sentyabr 2025

Xankəndidə Şəhər Günü qeyd olunur - FOTO

Mədəniyyət Nazirliyi və Xankəndi Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə sentyabrın 20-də Xankəndidə Şəhər Günü keçirilir. 


Manset.az xəbər verir ki, bu münasibətlə Xankəndidə əsl bayram ab-havası yaşanır. Gün ərzində sərgi, tamaşa nümayişi və konsertlər təşkil olunacaq.

Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edilib. 

Həmin ilin 15 oktyabrında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Azərbaycan bayrağı qaldırılıb.

Dövlət başçısının 18 sentyabr 2025-ci il tarixli Sərəncami ilə 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhərləri Günü kimi təqvimimizə yazılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az