Türkmənistanın mətbəx mədəniyyətinin təqdimatı oldu - FOTOLAR

20:22 - 14 Oktyabr 2025

Türkmənistanın mətbəx mədəniyyətinin təqdimatı oldu - FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə keçirilən Türkmənistan Mədəniyyəti Günləri çərçivəsində oktyabrın 14-də Dənizkənarı Milli Parkda qardaş ölkənin mətbəx mədəniyyətinin təqdimatı olub.


Manset.az xəbər verir ki, tədbirdə hər iki ölkənin Mədəniyyət nazirliklərinin nümayəndələri, Milli Məclisin deputatları və paytaxt sakinləri iştirak ediblər.

Parkda qurulan və içərisi xalçalarla bəzədilmiş qədim türkmən çadırı tamaşaçıların xüsusi marağına səbəb olub.  Qonaqlar çadırın ətrafında qoyulmuş masalarda Türkmənistan mətbəxinin ləziz təamlarını dadıblar.

Ərazidə quraşdırılan böyük səhnədə Türkmənistan incəsənət ustalarının ifasında təqdim olunan musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Xatırladaq ki, Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri oktyabrın 15-də Gəncə şəhərində türkmən sənətçilərinin konsert proqramı ilə başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az