Bakı Dövlət Sirki maraqlı proqram təqdim edir - FOTOLAR

14:38 - 25 Oktyabr 2025

Bakı Dövlət Sirki maraqlı proqram təqdim edir - FOTOLAR

Bakı Dövlət Sirki ikiillik fasilədən sonra zəngin beynəlxalq proqramla qapılarını tamaşaçılarına açıb.


Manset.az xəbər verir ki, oktyabrın 24-də Bakı Dövlət Sirkinin kollektivi, eləcə də Macarıstan, Qazaxıstan, Gürcüstan, Belarus, Efiopiya və Argentinadan gəlmiş tanınmış sirk artistlərinin iştirakı ilə hazırlanan maraqlı proqramın açılışı olub.

Proqram çərçivəsində tamaşaçılar nəfəs kəsən akrobatik nömrələrə, heyrətamiz illüziya şoularına və hər yaş qrupu üçün nəzərdə tutulmuş əyləncəli səhnələrə şahidlik ediblər.

Bakı Dövlət Sirki paytaxt sakinlərini və şəhərimizin qonaqlarını bu möhtəşəm şouya qoşulmağa dəvət edir.

Biletləri iticket.az saytından əldə edə bilərsiniz.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az