Xəbər verdiyimiz kimi, Xalq artisti Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib.
Manset.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçinin oğlu Tural Abdullayev anasının səhhətindən danışıb.
O bildirib ki, Ş.Haşımovanın əməliyyatı uğurlu keçib:
"Narkozdan ayıldı və dedi ki, yaxşıdır. Hələ həkim nəzarətindədir, evə buraxılmayıb. Bir neçə gün xəstəxanada qalmalıdır. Anamın əvvəl də səhhətində problem yaranmışdı. İndi başqa bir problemə görə əməliyyat olundu".