Müğənni Əlikram Bayramovun oğlu Qalibin ötən gün əkizləri dünyaya gəlib.
Manşet.az xəbər verir ki, bu barədə məlumatı sənətçiyə aparıcı Zaur Kamal "Həmin Zaur" proqramında deyib. O, Əlikramı qucaqlayaraq müjdəli xəbəri verib:
"Sara, Xan dünyaya gəldi. Atalı, analı böyüsün. Əlikramın iki nəvəsi doğuldu".
Qeyd edək ki, Zaur Kamal bir neçə il öncə də Əlikram Bayramova baba olması haqda məlumatı öz proqramında vermişdi.