Tbilisidə 23-cü “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin finalı başlayıb.
Manset.az xəbər verik ki, ölkəmizi müsabiqədə təmsil edən 12 yaşlı Yağmur Nəsrullayeva “Miau Miau” mahnısı ilə 2 nömrə altında səhnəyə çıxacaq.
Beynəlxalq mahnı yarışmasına Azərbaycanla yanaşı 17 ölkə - Albaniya, Ermənistan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukrayna qatılıb.
Qeyd edək ki, “Uşaq Avroviziyası”nda 4 dəfə qalib gələn Gürcüstan müsabiqənin tarixində ən uğurlu ölkə hesab olunur. Qonşu ölkə müsabiqəyə ikinci dəfədir ev sahibliyi edir.