Pandemiya dövründə ən çox gəlir gətirən film oldu

07:39 - 28 Dekabr 2021

Pandemiya dövründə ən çox gəlir gətirən film oldu

Superqəhrəman blokbasteri "Hörümçək adam: Evə yol yoxdur" pandemiyanın başlanğıcından dünya prokatında 1 milyard dollardan çox gəlir toplayan ilk film olub.

 

 

Manset.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Baş rolunu Tom Hollandın canlandırdığı ekran işi həmin məbləği kassa gəlirlərindən cəmi 12 gün ərzində yığıb.

Qeyd edək ki, bu filmə qədər 2021-ci ilin ən kassalı filmi 774 milyon dollarla "Ölmək vaxtı deyil" tuturdu. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az