Bu gün Azərbaycanın məşhur müğənnisi, SSRİ xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür.
Manset.az-ın əldə etdiyi məlumata görə, Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub. 1956-cı ildə A.Zeynallı adına Bakı Musiqi Texnikomunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.
Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Cahargah” muğamının ilk ifaçılarından biridir. Haqqında "Salam, Zeynəb!" adlı sənədli televiziya filmi çəkilib.
Azərbaycan SSR Ali Sovetinin iki çağırış, Azərbaycan Respublikası Milli Məclisinin 4 çağırış deputatı olmuşdur.
İctimai xadim SSRİ-nin xalq artisti, Azərbaycan SSRİ-nin Dövlət Mükafatları Larueatı, “Şöhrət” ordeni, “İstiqlal” ordeni və “Heydər Əliyev” odeni kimi yüksək mükafatlara layiq görülüb.