Həmişə güldürən Ənvər Abbasov bu dəfə ağlatdı - VİDEO

10:04 - 07 Yanvar 2022

Həmişə güldürən Ənvər Abbasov bu dəfə ağlatdı - VİDEO

Aktyor Ənvər Abbasov "Təsir dairəsi" verilişinə qonaq olub.

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, studiyada kövrək anlar yaşanıb. Belə ki, veriliş zamanı vəfat edən anasından danışan Ənvər göz yaşlarını saxlaya bilməyib. Onun təsirli çıxışı proqramda olan hər kəsi kədərləndirib:

"Valideyn cənnət qapısıdır. O qapılardan istifadə etmək lazımdır. Cənnətə girmək istəyirsənsə, ana-atana qulluq etməlisən. Mənim qapılarımın biri bağlıdır, digəri isə açıq. Anamın məzarına gedib, onunla danışıram. Hər dəfə də ağlayıb gedirəm evə. Nə qədər ki, yaşayırlar, valideynlərinizin qədrini bilin".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az