Sosial şəbəkələrdə müğənni Nurlan Əzizbəylinin övladının görüntüləri yayılıb.
Manşet.az xəbər verir ki, sənətçinin oğlu Mehranın vidoesu yeraltı keçidlərdən birində lentə alınıb. İfaçının övladı keçidin təhlükəsizlik kamerasına zərər yetirmək istəyib.
Mehranın bu görüntüləri bir çox sosial platformalarda yayılaraq müzakirələrə səbəb olub. İstifadəçilərin böyük əksəriyyəti onu bu hərəkətinə görə qınayıblar.
Qeyd edək ki, Mehran ötən il vəfat edən mərhum rejissor Ramiz Əzizbəylinin qardaşı nəvəsidir.