Ajda Pekkan Hakan Altunla bağlı etiraf etdi

21:43 - 11 Yanvar 2022

Ajda Pekkan Hakan Altunla bağlı etiraf etdi

Türkiyənin pop ulduzu Ajda Pekkan müğənni Hakan Altunla sevgili olması iddialarına aydınlıq gətirib.

Manşet.az xəbər verir ki, pop ulduz “Söylemezsem olmaz” proqramına telefonla bağlanaraq bu barədə ilk dəfə danışıb.

“Mən Hakana heyran idim, o da mənə. Elektriklənmə olmuşdu, amma mənim tərəfimdən olmadı, qarşı tərəfdən oldu. Bunları görürdüm, xoşuma gəlirdi”, - deyə A.Pekkan bildirib.

Qeyd edək ki, Ajda Pekkanın bu ilin fevral ayında 76, Hakan Altunun isə avqust ayında 50 yaşı tamam olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az