Türkiyəli aktrisa Burcu Kıratlı müğənni həyat yoldaşı Sinan Akçıldan boşanmaq qərarına gəlib.
Manşet.az xəbər verir ki, aktrisa Sinan Akçılın "Ayrı evlərdə yaşayırıq, problemlərimizi həll etməyə çalışırıq. Boşanma ilə də nəticələnə bilər, yenidən bir evdə də yaşaya bilərik" sözlərindən sonra boşanmaq üçün vəkilinə müraciət edib.
Buna səbəb isə Kıratlının Sinanla aralarında olan vəziyyətin gizli qalmasını istəməsi olub.
Qeyd edək ki, cütlük ötən ilin fevral ayında ikinci dəfə evlənib.