DƏHŞƏT! Əhməd ailəsindən əvvəl bacısı ilə onun 5 yaşlı qızını da öldürüb - Rəsmi

19:53 - 13 Fevral 2024

DƏHŞƏT! Əhməd ailəsindən əvvəl bacısı ilə onun 5 yaşlı qızını da öldürüb - Rəsmi

Bakıda qətl baş verən ailənin daha iki üzvünün öldürüldüyü məlum olub.

 

Manset.az  xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Xəbərə görə, davam etdirilən araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı - 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirməsi müəyyən edilib.

 Qətlə yetirilən qız uşağının 5 yaşı olub.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin