Daha bir ailə faciəsi: ər və arvad...

00:00 - 14 Fevral 2024

Daha bir ailə faciəsi: ər və arvad...

Yasamalda meyiti tapılan ər-arvadla bağlı bəz təfərrüatlar məlum olub.

 

Manset.az  APA-ya istinadən xəbər verir ki, Alatava adlanan ərazidə Türkiyə vətəndaşı 1950-ci il təvəllüdlü Mehmet Ulaş və Azərbaycan vətəndaşı olan həyat yoldaşı 1970-ci il təvəllüdlü Aidə Ulaşdan yaxınları bir neçə həftədir xəbər ala bilməyiblər.

Bununla bağlı ailənin yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib .

Onların yaşadığı evin qapısı qırılaraq içəri daxil olunub. Məlum olub ki, ər-arvad dəm qazından boğulublar. Meyitlər evdən çıxarılaraq adiyyatı üzrə təhvil verilib.

Meyitlər üzərində aparılan müayinə zamanı hər hansı bir xəsarət aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin