Putin Kadırovla görüşdü

00:49 - 24 Fevral 2024

Putin Kadırovla görüşdü

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Çeçenistan rəhbəri Ramzan Kadırov arasında görüş keçirilib. 

 

Manset.az  qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Kadırov öz teleqram kanalında paylaşıb. 

Onun sözlərinə görə, görüş bu gün baş tutub: "Putinə respublikanın diqqət tələb edən ən vacib inkişaf istiqamətləri, investisiya layihələri barədə məlumat verdim. Həmişə olduğu kimi, Vladimir Vladimiroviç heç bir məsələni diqqətdən kənar qoymadı".

Kadırov, həmçinin teleqram kanalında Rusiya lideri ilə görüşü zamanı çəkdiyi selfini də paylaşıb.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin