"Çelsi" Konteyə təklif göndərdi

21:00 - 2 May 2024

"Çelsi" keçmiş baş məşqçisi Antonio Konteni yenidən kluba qaytarmaq üçün ona təklif göndərib.

 

Manset.az  İtaliya mətbuatına istinadən xəbər verir ki, son bir neçə gündə London klubu italyan mütəxəssislə sıx əlaqə saxlayıb. “Çelsi” rəhbərliyinin klubun hazırkı baş məşqçisi Maurisio Poçettinodan razı qalmadığı vurğulanır. 

Xatırladaq ki, Konte 2016-2018-ci illərdə London klubunun baş məşqçisi vəzifəsində çalışıb. Bu müddət ərzində "Çelsi" İngiltərə kuboku və İngiltərə Premyer Liqasının qalibi olub. 

Qeyd edək ki, İtaliyalı məşqçinin son iş yeri 2021-ci ildən 2023-cü ilə qədər başçılıq etdiyi “Tottenhem” olub.

Hazırda "Çelsi" İngiltərə Premyer liqasının turnir cədvəlində 48 xalla 9-cu yerdədir.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin